Peşə təhsili alan tələbələr arasında intellektual oyun keçirilib

10-17 Noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olunub.
Oyunun keçirilməsində məqsəd tələbələrin intellektual səviyyəsinin yüksəldilməsi, məntiqi təfəkkürünün və analitik düşünmə qabiliyyətinin inkişaf etdirilməsi, komanda şəklində işləmək bacarıqlarının gücləndirilməsi, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkilidir.
Sonda ilk üç yeri tutan komandalar mükafatlandırılıblar.